MƏHƏMMƏD FÜZULİ AYI ÇƏRÇİVƏSİNDƏ KLASSİK ŞAİRİN "SÖHBƏTÜL -ƏSMAR"-"MEYVƏLƏRİN SÖHBƏTİ" ƏSƏRİ SƏHNƏLƏŞDİRİLİB

26.04.2024-cü il tarixdə İ. Cəfərov adına 260 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Şirəliyeva Gülanə görkəmli Azərbaycan şairi , dövrünün və eyni zamanda dövrümüzün filosof şairi, “qəlb şairi” adlandırılan Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş “Füzuli ayı çərçivəsində” şairin əsərlərindən birini səhnələşdirmişdir. Gülanə müəllimin təşkilatçılığı ilə 8b sinif şagirdləri klassik şairimizin “Söhbətül-əsmar” - “Meyvələrin söhbəti” əsərini canlandırmışlar. Şagirdlər meyvələrin xarakterini canlandırmış, mənəm-mənəmlik, eqoizm kimi xüsusiyyətləri tamaşaçılara ötürə bilmişlər. Hər bir meyvə özünü tərifləsə də, onların hər birinin öz xüsusiyyəti , gözəlliyi olduğu şagirdlərə vurğulanmışdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi