"İmtahan həyəcanı" mövzusunda profilaktik görüş

11.03.2024 -cü il tarixdə məktəbin psixoloqu Əbilzadə Günel tərəfindən IX sinif şagirdləri ilə "İmtahan həyəcanı" mövzusunda profilaktik görüş keçirilmişdir.

İmtahan həyəcanı və onun səbəbləri barədə şagirdlər məlumatlandırıldı.

İmtahan həyəcanının psixoloji, fizioloji və emosional əlamətləri izah edilərək, imtahan həyəcanı ilə mübarizə aparmağın yolları izah edilmişdir.

İmtahana hazırlıq prosesində diqqət ediləcək məqamlar şagirdlərə bildirilmişdir.

Sonda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi