MƏKTƏB HƏMKARLAR İTTİFAQININ BİR İLLİK HESABAT-SEÇKİ YIĞINCAĞI KEÇİRİLİB

9.01.2024 cü il tarixdə Xətai rayonu İ.Cəfərov adına 260 nömrəli tam orta məkrəbdə Həmkarlar İttifaqı Komitəsinin Hesabat-Seçki Yığıncağı keçirilib.Məktəbin Həmkarlar Komitəsinin sədri Hacıyeva Təranə iclası açıq elan edib.İclasda Rayon Həmkarlar İttifaqı tərəfindən təhkim olunmuş Nəsibova Gülsüm xanım iştirak edib. Həmkarlar İttifaqının və Təftiş komissiyasının üzvlərinin 2023-cü il üzrə bir illik yığıncağında görülən işlər barədə hesabat dinlənilib. Görülən işlər qənaətbəxş hesab olunub. Açıq səs vermə yolu ilə məktəbin Həmkarlar İttifaqının 5 nəfər üzvü və Təftiş komissiyasının 3 nəfər üzvü və Həmkarlar İttifaqı komitəsinin sədri Hacıyeva Təranə seçilib.Məktəb kollektivi yeni seçilmiş sədri təbrik edib,işlərində uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi