Nailiyyətlərimiz

Yasəmənin şahmat uguruA.Vəliyev adına 258 nömrəli məktəbin 10b sinif şagirdi Məmmədova Yasəmən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş Vətən Müharibəsi Qəhrəmanı,"Vətən Uğrunda", Fizulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş Şəhid Baş Leytinant Azad Hümbətovun əziz xatirəsinə həsr edilmiş qızlar arasında keçirilən şahmat turnirində 1 çi yeri tutmuşdur.Məmmədova Yasəmən Şuşanı görmədən sevən, daim yuxularında Şuşaya gedən Vətən həsrətilə böyüyən şagirdimizdir .Məktəbimizin direktoru Sədaqət xanım Hüseynova məktəbi bitirəndən sonra hansı universitetə daxil olmaq istədiyini və nə işlə məşgul olacağını soruşanda Yasəmən 44 günlük müharibə nəticəsində azad olmuş torpaqların çiçəklənməsində var gücü ilə çalışacağını, bütün iştirak etdiyi yarışlarda daha böyük həvəslə iştirak edəcəyini söylədi. Yasəmən bir çox turnirlərdə iştirak etmiş və bir çox nəaliyyətləri var.Kollektivimiz adından təbrik edirik, uğurların bol olsun!

Məktəbdə tennis yarışı28. 01.22.tarixində A.Vəliyev adına 258 nömrəli tam orta məktəbdə N.Nərimanov Rayon Gənclər Və İdman İdarəsinin təşkilatçılığı ilə1 çi Qarabağ müharibəsi Şəhidi Əlövsəd Tahirovun Əziz xatirəsinə həsr olunmuş stolüstü tennis turniri keçirilmişdir. Tədbirdə Şəhid Əlövsət Tahirovun anası və Qardaşı iştirak etmiş,göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər. Məktəbimizin tennis komandası 3 cü yeri tutdular ,medal və diplomla layiq görüldülər. Daha yüksək nəaliyyətlər arzu edirik.

Yollarda təhlükəsiz yürüyüşA.Vəliyev adına 258 nömrəli tam orta məktəbin komandası Heydər Əliyev mərkəzində 23.12.21 çi il tarixində " Yollarda təhlükəsiz davranışı öyrənək" devizi altında 55 orta ümumtəhsil məktəbləri arasında intellektual yarışda iştirak etmişlər. Məktəbimizin şagirdləri yarışda 8 çi yerə layiq görülmüşlər.Kollektivimiz adından komandamızı və onlara dəstək olan Mehdiyeva Gülzadə müəlliməni təbrik edirik.Uğurlarınız daimi olsun!Daha yüksək nəticələrə layiq görüləsiz !

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Ayxan Isayev Elşən

Yusif Şahhüseyinli Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi