"Sağlam həyat seçirəm" yarışı naliyyətimizArif Vəliyev adına 258 nömrəli tam orta məktəbin şagirdləri "Sağlam həyat seçirəm" devizi altinda məktəblilər arasında keçirilən sadə İdman növləri turnirində iştirak etmişlər.Yariş Gənclər və İdman Nazirliyi Nərimanov rayon Gənclər və İdman İdarəsinin tərəfindən təşkil olunmuşdur.Turnirdə 8b sinif şagirdi Qurbanlı Şahin dartınma üzrə, 6ç sinif şagirdi Həsənov Elcan qolların acilib- bükülməsi üzrə, 7ç sinif şagirdi Qarayeva Mehin İplərlə tullanma üzrə 2 ci yerə layiq görülüb. Təbriklər, uğurlarınız daim olsun.
8ç şagirdi Röyanın böyük uguruArif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 8ç sinif şagirdi Əliyeva Röya N.Nərimanov Rayon Gənclər və İdman İdarəsinin tərəfindən "Heydər Əliyev - Azərbaycan tarixi" mövzusunda keçirilən elmi-praktik konfransda iştirak etdiyinə və "Urmiya xanlığı-Fətəli xan Əfşar" adlı referat yazdığına görə Sertifikata layiq görülüb.Tarix müəlliməsi Rüstəmova Elnarə bu müsabiqəyə hazırlaşarkən Röya Əliyevaya dəstək olmuşdur.
" Şahinlər"15.04.22.tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin" Şahinlər"hərbi komandası N.Nərimanov rayonu İdman və Gənclər İdarəsinin təşkilatçılığı ilə keçirilən Şahin Hərbi İdman oyunları yarısında iştirak ediblər və 2 çi yere layiq görülüblər.Kollektivimiz adından komandamızı təbrik edirik , daim uğurlar arzulayırıq." Şahinləri" yarışa hazırlayan, vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük əməyi olan hərbi müəllim Kazımov Mahir müəllimə təşəkkür edirik.