Nailiyyətlərimiz

Twinning çərçivəsində həyata keçirilmiş layihələrHər il olduğu kimi bu il də 3ç və 4c sinif şagirdlərimiz "Twinning" çərçivəsində "Geçmişden geleceğe köprüler" və "Benimle oynarmısın" adlı layihələrdə böyük həvəslə iştirak etdilər.Bu layihələrdə müxtəlif ölkələrdən müəllim və şagirdlər iştirak edirdi.Layihələr dostluq,isti münasibət, yaradıcılıq şəraitində həyata keçdi.Eyni zamanda şagirdlər İKT bacarıqlarını inkişaf etdirdilər.Hər iki layihə "Keyfiyyət Nişanı" sertifikatı ilə təltif olunmuşdur.Məktəbimizin direktoru Sədaqət Hüseynova iştirakçıları təbrik etdi və sertifikatları təqdim etdi.Onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzuladı.

Rüfətin uğuruArif Vəliyev adına 258 saylı tam orta məktəbin 8d sinif şagirdi Əliyev Rüfət "Şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Zenit idman birinciliyində" 38 kq çəki dərəcəsi ilə, I yerə layiq görülmüşdür.Kollektivimiz adından onu təbrik edir,uğurlarının davamlı olmasını arzu edirik.

Dəyərli MüəllimArif Vəliyev adına 258 nömrəli tam orta məktəbin direktoru Sədaqət xanım Hüseynova Gənclər və idman nazirliyi N.Nərimanov rayon Gənclər və idman idarəsi, N.Nərimanov ağsaqqallar şurası " Uşaq yeniyetmə və gənclərin təlim tərbiyəsində , onların bilik və bacarıqlarının artırılmasında, vətənpərvər ruhda böyüməsində göstərdiyi xidmətlərə "görə və "5 Oktyabr müəllimlər günü münasibətilə Fəxri Fərmana layiq görülüb. Biz də kollektivimiz adından bir daha təbrik edirik, uğurlarınızın daimi olmasını diləyirik!

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

695 bal Fərid Quliyev Mübariz

Yusif Şahhüseyinli Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi