Nailiyyətlərimiz

Maksimum 100 bal toplamış müəllimArif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 3 d sinif müəllimi Hüseynova Aysel Bəhram qızı bu yaxınlarda keçirilən təhsilverənlərin sertifikasiya imtahanında hər iki mərhələdən maksimum, 100 bal toplamış və məktəbimizin adını ucaltmısdır.Aysel müəllimə işlədiyi müddətdə ibtidai sinif pilləsində kifayət qədər sözünü demiş müəllimədir.O, bilik və bacarıqlarını şagirdlərin inkişafına həsr edən, müasir texnologiyalardan səmərəli istifadə edən, bu günkü təhsil tələblərinin hər birinə öz dəsti-xətti ilə, müasir təlim metodları ilə cavab verən əsl müəllim, öz peşəsində sözünü demiş ziyalıdır.Biz onu böyük uğur munasibətilə təbrik edirik, ona cəmiyyətə savadlı, bilikli , bacarıqlı vətəndaş yetirmək kimi məsuliyyətli işində uğurlar arzu edirik.

Kənan və Kamran Qurbanov qardaşlarının boks naliyyətləriArif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 6b sinif şagirdləri Kənan və Kamran Qurbanov qardaşları Cənub idman klubunun təşkilatçılığı ilə keçirilən boks üzrə idman yarışmasinda 1 çi yerə layiq görülüblər.Kollektivimiz adından təbrik edirik!

8c sinif şagirdi Kərimov Zəfər ağanın uguru26.04.22 tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 8c sinif şagirdi Kərimov Zəfər ağa "Nəsillərə nümunə olan ömür" adlı bilik yarışmasında iştirak edib.Yarişma Nərimanov Rayon Gənclər və idman idarəsi təşkilatçılığı ilə "Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq -alim Zərifə xanım Əliyevanın "xatirəsinə həsr olunmuşdu.Şagirdimiz Kərimov Zəfər ağa Fərqləndiyinə görə Fəxri Fərmana layiq görülüb, iştirak edən 25 məktəb üzrə 4 cü yerə layiq görülüb. Təbrik edirik, uğurların davamlı olsun.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Yusif Şahhüseyinli Zaur

Ayxan Isayev Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi