Ayxanın möhtəşəm uguruBakı Şəhər Gənclər və İdman İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə " 9 Noyabr- Azərbaycan Dövlət Bayragı Günü" münasibətilə rəsm müsabiqəsi keçirilmişdir. 258 nömrəli tam orta məktəbin 10 d sinif şagirdi İsayev Ayxan müsabiqədə 1 çi yerə layiq gorülmüşdür.Bu münasibətlə kollektivimiz adından təbrik edirik!
Telmanın şeir müsabiqəsi258 nömrəli tam orta məktəbin 4 cü sinif şagirdi Mahmudlu Telman Tarixi qələbəmizə həsr edilmiş "Xarıbülbül" şeir müsabiqəsində aktiv iştirakına görə sertfikatla təltif edilmişdir. Afərin,uğurların bol olsun.
Səmanın ilk uğuruA.Vəliyev adına 258 nömrəli tam orta məktəbin 8d sinif şagirdi Səma Mikayıllı Fizuli şəhəri və Xudafərin kürpüsünün işğaldan azad olmasının ildönümü münasibətilə məktəblər arasi "İşğaldan azad olmuş ərazilər şagirdlərin gözü ilə "mövzusunda kecirilən inşa müsabiqəsində fərqləndiyinə görə Fəxri Fərmana layiq görülmüşdür.Daha yüksək nəaliyyətlər arzu edirik,uğurların bol olsun!