Nailiyyətlərimiz

Müəllimimizə “Tərəqqi” medalının təqdim olunmasıOktyabrın 27-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Tədbirdən əvvəl təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrin daha da yüksəlməsinə şərait yaratdığını nəzərə çatdırıb. Mikayıl Cabbarov Müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təfəkkür daşıyıcısı kimi əsl vətəndaş olaraq yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd edib, vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsəd olduğunu vurğulayıb. Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər. Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 58 nəfəri “Tərəqqi” medalı ilə təltif edilib.”Tərəqqi” medalı təqdim olunanlar arasında məktəbimizin biologiya müəllimi Seyidova İradə Dursun qızı da vardı. Bu münasibətlə həmkarımızı bir daha təbrik edir, ona fəxri adlarının sayının artmasını arzulayırıq. Növbəti tədris ilində fəxri ad alan müəllimlərimizin sayının çox olmasını diləyirik.

Rus dili və ədəbiyyatı üzrə IX Respublika Olimpiadasının qalibi06.06.2017-ci il tarixində Rus dili və ədəbiyyatı üzrə üzrə IX Respublika Olimpiadası qaliblərinin mükafatlandırılması keçirilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bilik yarışının qaliblərini təbrik edib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doloxin Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb, ölkələrimizin arasında daim qarşılıqlı etimad olduğunu diqqətə çatdırıb. Tədbirin sonunda qaliblər mükafatlandırılıb. Məktəbimizin 7-ci sinif şagirdi Əliyeva Səmra Rəfael qızına olimpiada qalibi olduğuna görə fəxri diplom verilmişdir.

“Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibiÜmummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilmiş rəsm müsabiqəsində I yerə layiq görüldüyünə görə məktəbimizin rəsm müəllimi Kərimova Sevinc Oktay qızı Azərbaycan Rəssamlar İttifaqının fəxri diplomuna layiq görülmüşdür.

HAQQIMIZDA

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ild...

BİZİM FƏXRLƏRİMİZ

Umigülsüm Mustafayeva Zaur

Nəzrin Hidayətova Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi