Nailiyyətlərimiz

Şagirdlərimizin uğuruMəktəbizin şagirdləri bu il də uğur qazanmışdır. Beləki məktəbimizin komandası Rayon orta ümumtəhsil məktəblilərinin XXX spartakiadasının proqramına daxil olan “Stolüstü tennis” idman növü üzrə yarışda II yer tutmuşdur. Bu münasibətlə məktəbimizin stolüstü tennis komandasının üzvləri Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri diplomla təltif edilmişdir. Bu münasibətlə biz komanda üzvlərini və məktəbimizin fiziki tərbiyə müəllimi Şıxəliyev Aydın Rəşid oğlunu təbrik edirik.

RƏSSAM-MÜƏLLİM SEVİNC MÜƏLLİMƏNİN QALİBİYYƏTİMəktəbimizin təsviri incəsənət müəllimi Sevinc Kərimova Alman-Azərbaycan Cəmiyyətinin keçirdiyi sərgidə Almaniya-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə diploma layiq görülmuşdür. Qeyd edək ki, bu qalibiyyətlə bağlı olaraq o, İctimai Televiziyanın “Yeni gün” proqramının qonağı olub. Həmçinin müəllimimiz Azərbaycan Dövlət Televiziyasının “Səhər” proqramının “Payızın rəngləri” mövzusunda qonağı olub. Hər zaman müsabiqələrdə fəal iştirak edən müəllimimizə yeni-yeni uğurlar arzulayırıq.

9 A sinif şagirdi İbrahimova ZibaxanımMəktəbimizin 9 A sinif şagirdi İbrahimova Zibaxanım Xətai rayon ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirilən “Narkomaniya gələcəyimiz üçün böyük təhlükədir” adlı rəsm müsabiqəsində fərqləndiyinə görə Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur. Şagirdimizə uğurlarının davamlı olmasını arzu edir və onu təbrik edirik.

HAQQIMIZDA

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ild...

BİZİM FƏXRLƏRİMİZ

Mələk Səlimli Xəqani

Fərid Quluzadə Eyvaz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi