Nailiyyətlərimiz

İsmayılova Günel Vüqar qızı16 dekabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 257 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 257 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi və çalışqan şagirdlərdəndir. 2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə yarımfinala qədər yüksəlib. 2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında isə eyni fənn üzrə III yeri tutub. 2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarının I turunda 661 bal toplayıb, II turda 700 bal toplamağı qarşısına məqsəd qoyub. Humanitar elmlərə, bədii kitablar oxumağa və üzgüçülüyə böyük marağı var. Tərcüməçi olmağı arzulayır.   

Şıxəliyev Aydın Rəşid oğluMəktəbimizin fiziki tərbiyə müəllimi Şıxəliyev Aydın Rəşid oğlu məşqçilər üçün AFFA tərəfindən təşkil edilən "D" lisenziyalı məşqçi kurslarında iştirak etmişdir.

ŞAGİRDLƏRİMİZİN İDMAN UĞURUMəktəbimizin 6B sinif şagirdi Quliyeva Pərvin Anar qızı qazandığı nailiyyətlərə dəfələrlə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin fəxri diplomlarına layiq görülmüşdür. Belə ki, o Azərbaycan Respublikası "TORNADO" idman klubu İB-nin nəzdində uşaqlar və yeniyetmələr arasında "TAEKWON-DO İTF" üzrə keçirilmiş müxtəlif yarışların qalibi olmuşdur. Şagirdimizi təbrik edirik və ona yeni uğurlar arzu edirik.

HAQQIMIZDA

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ild...

BİZİM FƏXRLƏRİMİZ

Cəmilə Əliyeva Emil

Tərlan Həsənli Cəmil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi