Sağlam həyat tərzi ilə bağlı maarifləndirilmə
“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında nəzərdə tutulmuş işlər davam etməkdədir.
Bu gün məktəbimizin 8-10-cu sinif şagirdləri biologiya müəllimləri İradə Seyidova və Marifə Şəkərova ilə birlikdə "Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər" mövzusunda təqdimat keçirdilər. Çox maraqlı hazırlanmış təqdimatlarda şagirdlər həm də İKT bacarıqlarını da nümayiş etdirdilər. Şagirdlər sağlam həyat tərzi dedikdə, həm fiziki, həm də mənəvi cəhətdən yaxşı, gümrah və xəstəliklərdən uzaq həyat nəzərdə tutulduğunu vurğuladılar.
Düzgün qidalanma, mütəmadi idmanla məşğul olma, pis vərdişlərdən uzaq olma sağlam həyat tərzini şərtləndirən amillər olduğu geniş müzakirə olundu. Şagirdlərdən V.Balakişiyev, R.Rzayev, Ü.Fərəcov, F.Məmmədov, D.Şirinova daha maraqlı təqdimatlar təqdim etdilər.