"Pedaqoji Şura keçirildi"

12.09.2025-ci il tarixində məktəbimizdə 2025–2026-cı tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilmişdir.
İclasda əvvəlki tədris ilinin yekunları müzakirə olundu,əldə edilən uğurlar dəyərləndirildi və qarşıdakı hədəflər müəyyənləşdirildi. 
Müzakirələr zamanı:
 Tədrisin keyfiyyətinin yüksəldilməsi;
 Müasir təlim metodlarının tətbiqi;
 Qiymətləndirmə sisteminin təkmilləşdirilməsi;
 Məktəbdaxili idarəetmənin səmərəliliyinin artırılması istiqamətində vacib qərarlar qəbul edildi.
Yeni müəllimlərimiz kollektivimizə təqdim olundu, onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı və pedaqoji heyət tərəfindən səmimi qarşılandılar.
İclasda həmçinin yeni tədris ilində qarşıya qoyulan məqsəd və vəzifələr müəyyən edilmiş, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq qərarlar qəbul olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi