Şagirdlərimizin Respublika Fənn Olimpiadasındakı uğuru!

24.06.2025-ci il tarixində Bakı Konqres Mərkəzində keçirilən Respublika Fənn Olimpiadasında məktəbimizin şagirdləri yüksək nəticələr əldə ediblər:
Eltun Mamedov – 9 “f” sinfi, informatika fənni üzrə II yer;
Fateh Cəfərli – 9 “g” sinfi, biologiya fənni üzrə II yer;
Şəhla Hüseynzadə – 8 “c” sinfi, biologiya fənni üzrə III yer
Bu uğurlar şagirdlərimizin elmi biliklərə olan marağının, əzminin və zəhmətinin bariz nümunəsidir. Şagirdlərimizin uğurları müəllimlərin və valideynlərin qürur mənbəyinə çevrilib.
Onları ürəkdən təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər əldə etmələrini arzulayırıq!