"Vebinarlar təşkil edildi"

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq ARTİ tərəfindən hazırlanmış və bu ildən etibarən ümumi təhsil müəssisələrində tətbiq olunacaq yeni nəsil dərslik komplekti ilə bağlı vebinarlar təşkil edilib.
Vebinarlar 8–12 sentyabr 2025-ci il tarixlərində ARTİ-nin rəsmi Facebook səhifəsi vasitəsilə canlı yayımlanıb.Vebinarlarda müəllimlər məktəb rəhbərliyinin moderatorluğu ilə iştirak ediblər.
Vebinarlar zamanı dərsliklərin məzmunu, tədris texnologiyasının xüsusiyyətləri və digər aktual mövzular müzakirə olunub. Bu təşəbbüs ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin peşəkar inkişafına əhəmiyyətli töhfə verəcək.