“15 sentyabr-Bilik Günü”

15 sentyabr – Bilik günü münasibətilə məktəbimizdə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı,ardınca isə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Ruslan Nağıyev çıxış edərək müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi.
Tədbirdə İcra Hakimiyyətinin nümayəndəsi,Şəhid ailələri,ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş məzunlarımız çıxış edərək hər kəsə uğurlar arzuladılar. I sinif şagirdləri şeirlər söylədilər, məktəbin istedadlı şagirdləri isə rəqs səhnələri ilə tədbirə xüsusi rəng qatdılar.
Sonda ilk zəngin sədaları altında yeni dərs ilinə başlanıldı.
Bu gün məktəbimizin həyətində səslənən ilk zəng yeni ümidlərin, yeni nailiyyətlərin başlanğıcıdır.
Yeni tədris ili bütün müəllim və şagirdlərimiz üçün uğurlu, bol bilik və qürurverici nəticələrlə yadda qalsın!