Şagirdlər talassemiya xəstəliyi barədə məlumatlandırıldı
14 noyabr 2019-cu il tarixində məktəbin 9A sinfində şagirdləri maarifləndirmək məqsədilə məktəbin biologiya müəllimi İradə Seyidova "Talassemiya nədir?", "Talassemiyanın yaranma səbəbləri, müalicəsi, fəsadları" haqqında şagirdlərə geniş məlumat verdi, videoçarx nümayiş olundu.
Məktəbin biologiya müəllimi tərəfindən təşkil edilən tədbirdə xəstəliyin profilaktikası üçün cəmiyyətin maarifləndirilməsinin və daşıyıcıların araşdırılaraq aşkara çıxarılmasının vacibliyi vurğulanıb.