Şəkərli diabet barədə maarifləndirici söhbət
Noyabrın 15-də məktəbin müxtəlif yaş qruplarına aid olan şagirdlərin iştirakı ilə “Şəkərli diabet” mövzusunda görüş keçirildi. Görüş məktəbə dəvət olunmuş həkim terapevt Gülşən Veyisovanın iştirakı ilə təşkil olunmuşdur. Görüşdə şəkərli diabet xəstəliyi, onun yaranma səbəbləri, müalicəsi, xətəlikdən qorunma yolları haqqında geniş məlumat verilmişdir.
İnsulinin qanda şəkəri necə parçalaması, xəstəliyin yeni metodlarla müalicəsi, düzgün qidalanma haqqında elmi-tibbi məlumatlar verildi.
Sonda qeyd olundu ki, şəkər xəstəliyindən əziyyət çəkən insanlar düzgün həyat tərzi seçməli, qidalanmaya xüsusi nəzarət edilməlidir.