Məktəbdə bullinqin profilaktikasına ətraflı yanaşma

    Son zamanlar dünyanın bütün ölkələrində, təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir.

    İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.

    Bütün bunları analiz etmək və müəyyən həll yollarını göstərmək məqsədilə məktəbdə 14 noyabr 2019-cu il tarixində keçirilən tədbirdə bullinqin mənası, onun hansı növləri və kimlərin bullinq riski altında olduğu haqqında məlumatlar verildi. Daha sonra isə bullinqin qarşısının alınması məqsədilə  hansı proqram və layihələri həyata keçirə biləcəkləri haqqında təhlillər aparıldı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi