Nahar süfrəsinin hazırlanması
6 noyabr 2019-cu il tarixində məktəbin ibtidai sinif müəllimi Samirə Bayramova 3F sinifində "Nahar yeməyinin hazırlanma qaydaları" mövzusunu tədris etdi. Şagirdlər əyani şəkildə yemək süfrəsinin atributları ilə tanış olub, süfrəni öz zövqləri ilə bəzədilər. Qrup işi şəklində təşkil olunmuş dərsdə şagirdlər aldıqları tapşırığa əsasən masanı nahar yeməyinə uyğun tərtib etdilər.
Təqdimatdan sonra qruplar bir-birinin hazırladıqları süfrələri qiymətləndirdilər. Əyani keçirilən dərs şagirdlərdə böyük maraq oyatdı.