Düzgün yazı vərdişlərinin formalaşdırılması vəziyyətinin öyrənilməsi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 5 və 6noyab tarixlərində II-IV siniflərdə düzgün yazı vərdişlərinin formalaşdırılması vəziyyətinin öyrənilməsi məqsədilə imla yazdırılıb. Yoxlama həm azərbaycan, həm də rus bölmələrində aparılıb.
İmla yazı işinin keçirilməsində məqsəd şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılmasıdır. Şagirdlərdə fikirlərini sərbəst şəkildə ədəbi dilimizin qayda-qanunlarına uyğun yazma bacarığı aşağı siniflərdən formalaşdırılır. İndi hər bir informasiyanı telefondan, komputerdən istifadə etməklə alan şagirdlər ərizə, protokol, inşa, imla, ifadə yazıları yazarkən ciddi nöqsanlara yol verirlər.
Bunları nəzərə alaraq bu cür yoxlamaların mütəmadi aparılması və nəticələrin Pedaqoji Şurada müzakirə olunması nəzərdə tutulur.