Bayraq mənliyimdir, bayraq - kimliyim

    30.10.2019-cu il tarixində məktəbimizin 4 Ə  sinfində Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti, Qədim Azərbaycan dövlət bayraqları və digər rəmzləri mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. Şagirdlərdə milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması məqsədilə keçirilən dəyirmi masada sinif müəllimi Sevil İbrahimova dövlət rəmzlərinin yaranma tarixi və Qədim Azərbaycan dövlət bayraqları haqqında şagirdlərə maraqlı məlumat verdi.Sonra şagirdlər dövlət rəmzlərinə həsr olunmuş şeir və mahnılar ifa etdilər. Məhz bu cür tədbirlər şagirdlərdə milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşmasında xidmət edir.

    4 Ə sinfində keçirilən tədbirdə ölkəmizin paytaxtı Bakı şəhərində dünyanın ən böyük və ən uca bayrağının ucaldığı Dövlət Bayraq Meydanının olduğu qeyd edildi. Şagirdlər bayrağımızın qürur və iftixar mənbəyi olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi