Şagirdlərimiz ekskursiyada

 Məktəbimizdə BŞTİ-nin “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı ilə əlaqədar olaraq məktəbin fəaliyyət planına əsasən şagirdlərin muzeylərə ekskursiyası təşkil olunmuşdur. Məktəbin 4 B sinif şagirdləri isə Yanardağ Dövlət Tarix – Mədəniyyət və Təbiət Qoruğuna və Atəşgah məbədini ziyarət etdilər. Məhəmmədi kənd ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi, Qura yuvası, min yaşı olan iki qəbiristanlıq,qədim məscid,Qotur su bulağı, Əli daşı, Kar daş haqqında məlumatlar şagirdlərin maraq dairəsini və dünyagörüşünü artırdı.Bundan başqa şagirdlər İçərişəhər Tarix-Memarlıq kompleksini və Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət etdilər. Ekskursiya şagird və valideynlər tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi