Gənclərin peşəyönümü tərbiyəsinin təşkili
30 oktyabr 2019-cu il tarixində Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə Xətai rayon Məşğulluq Mərkəzi nümayəndələri böyük məsləhətçi Babək İsgəndərov, məsləhətçi Günel İsmayılova və Kazım Talıbovun iştirakı ilə gənclərin peşə istiqamətində düzgün qərarların verilməsi məqsədini daşıyan geniş tədbir keçirildi.
Tədbirdə təlimçi Sevinc Mirzəyeva tərəfindən 7, 8 və 9-cu sinif şagirdləri "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" mövzusunda məlumatlandırıldı.
Təlim müddətində şagirdlər peşənin düzgün seçilməsi, peşəyönümü məsləhətlərin verilməsi, videoçarx roliklərin əsasında nəzəri və praktik biliklərə yiyələndilər. Təlim əsasən diskussiya şəklində davam etdirildi və şagirdlər aktiv şəkildə tədbirə qoşuldular.
Təlimin sonunda şagirdlərin sualları cavablandırıldı.