IX siniflərdə monitorinq
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabr ayının 19-da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə məktəbin 9-cu siniflərində Ana dili, riyaziyyat və xarici dil fənləri üzrə diaqnostik imtahan keçirildi.
İmtahanda məktəb üzrə 157 şagird iştirak etdi. Diaqnostik imtahan təlimat qaydalarına uyğun keçirildi və valideyn kollektivi tərəfindən rəğbətlə qarşılandı.