Müstəqil ölkənin vətəndaşıyıq

    Bu gün məktəbimizdə 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. Şagirdlər bayram münasibətilə təqdimatlar hazırlayıb, onlar arasında bədii qiraət müsabiqəsi keçirilib, “Müstəqil  ölkənin  vətəndaşıyıq” adlı tədbirdə şagirdlərimiz və pedaqoji kollektiv fəallıqla iştirak edib. Müstəqilliyimizin yarandığı dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışılıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığı bildirilib.

    Möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti uğurla davam etdirdiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb. Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər isə söylədikləri şeirlərlə, ifa etdikləri mahnılarla vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi