Məktəbəhazırlığın ilk günü
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Bu işdə məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
Məktəbimizin məktəbəhazırlıq qrupları müvafiq maddi-texniki baza və kadr potensialı ilə təmin və təşkil olunub.
Məktəbəhazırlıq qruplarına 5 yaşı 2019-cu ildə il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir və dərs ili iki yarım ilə bölünür. Məşğələlər isə mayın 31-də başa çatır.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.
Qeyd edək ki, bu il məktəbimizdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına dördü Azərbaycan, biri rus bölməsi olmaqla təşkil olunan dörd qrupa 150 uşaq qəbul olunmuşdur. Hər qrupda 30 uşaq məşğələlərdə iştirak edəcək.