Məktəb-valideyn əlaqəsinin gücləndirilməsi
Məktəbdə hər bir sinif paralelləri üzrə valideyn iclasları keçirildi. Bu tədbirlər məktəb-valideyn əlaqələrinin düzgün qurulmasına, tədrisin təşkilində valideyn-müəllim-şagird münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Keçirilən bütün görüşlərdə məktəb rəhbərliyi valideynləri məktəbin 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş fəaliyyət planı ilə tanış etdi. Şagirdlərin ötən dərs ilində göstərdiyi nailiyyətlərlə tanış olan valideynlər yeni tədris ilində də daha yüksək nəticə əldə edəcəklərinə əmin olduqlarını bildirdilər. Həm məktəb rəhbərliyi, həm də pedaqoji kollektivin bütün üzvləri bu istiqamətdə nəzərdə tutulan tədbirlər, fəaliyyətlər barədə məlumat verdilər.
Məktəb-valideyn əlaqəsinin müntəzəm davam etdirilməsi, keçirilən tədbirlərdə valideynlərin fəal iştirakı arzu olunan məsələlərdən biri kimi səsləndi.
"Açıq qapı" günlərinin, fənlər üzrə monitorinq yoxlamalarının nəticələri barədə valideynlərin məlumatlandırılması nəzərdə tutulan məsələlərdən idi.
Valideynlər sonda bu görüşlərin təşkili üçün məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.