Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəb 2018-2019-cu tədris ilində…

         2018-2019-cu tədris ilində ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq,məktəbimiz tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib.

Məktəbin  fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb.

Ümumi statistika

2018-2019-cu tədris ilində 161 müəllim 2341 şagirdin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.

Məktəbin I siniflərinə 279 şagird qəbul edilmiş, IX siniflərini 157, XI siniflərini 79 nəfər başa vurmuşdur. 

2018-2019-cu dərs ilinin prioritet istiqamətləri 

Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən,ötən tədris ilində fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması  məsələsinə xüsusi yer verilib. Həmçinin məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılıb. 

Birinci sinfə qəbul üzrə 279 sorğu yerləşdirilib

I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  2019-2020-ci tədris ili məktəb  üzrə I sinfə 300 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 296 uşaq qəbul edilib.

I sinfə qəbul prosesində yenilik

2019-2020-ci tədris ilində  rusbölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb.

 Məktəbdə 4 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 119 uşaq məşğələlərə cəlb olunub.

2018-2019-cu tədris ilində İlk dərslər vətənpərvərlik mövzusuna həsr edilib: İbtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

Məktəbdə X siniflər üzrə 1 təmayül sinif təşkil olunub 10 Ç – sinfində Texniki və riyaziyyat iqtisadiyyat təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

İşə qəbul üzrə 7 vakansiya təqdim olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün vakansiya təqdim olunub.Təqdim olunan vakansiyalar üzrə 7 müəllim müddətli müqavilə ilə işə qəbul olunub.

  Müəllimlər təltif edilib

 Məktəbimizin təsviri incəsənət müəllimi Kərimova Sevinc Oqtay qızı Türkiyə Respublikasının səfirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Tərxis olunmuş Hərbiçilərin Gəncləri Marifləndirmə İctimai Birliyinin birgə keçirdiyi Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş "Vətənpərvərlik etüdləri" adlı sərgi-tədbirdə ,Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli"nə həsr olunmuş "Mən fəxr edirəm ki Azərbaycanlıyam!" adlı sərgidə , İİR-nın Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin "Gənclər günü" ilə əlaqədar keçirtdiyi "Gənclərin Dünyaya baxışı" adlı sərgi-tədbirdə , Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçirilən Hindistan azadlıq hərəkatının lideri, sülh müdafiəçisi Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisində  fəal iştirakına görə fəxri diplomlara layiq görülmüşdür. 

“ Milli Qəhramanları unutmayaq” devizi ilə vətən uğrunda şəhid olmuş qəhrəmanların portretini və onlara həsr olunmuş batal janrında rəsm əsərləri çəkdiyinə görə "Milli Ordu-100" medalı ilə təltif edilmişdir

Ötən tədris ilində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı əhəmiyyətli dərəcədə artırılmışdır.

Azərbaycan müəllimlərinin XV qurultayı

Azərbaycan müəllimlərinin XV qurultayında "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət" adlı panel müzakirədə məktəbimizin biologiya  müəllimi  İradə Seyidova da iştirak etmişdir. Qeyd edək ki, adı çəkilən müəllimimiz ötən tədris ilində “Tərəqqi” medalı ilə təltif olunmuşdur..

Mövcud vəziyyəti öyrənmək üçün qiymətləndirmələr keçirilib

Məktəbdə BŞTİ  tərəfindən II, IV, VI və VIII siniflərində tədris dili, riyaziyyat və ingilis dili fənlərindən qiymətləndirmələr təşkil edilib.

Pedaqoji mühazirə dinlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Pedaqoji mühazirələr” layihəsində təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova , ibtidai sinif müəllimləri Maral Əliyeva və İlhamə Həsənova da iştirak etmişlər. 

“Məktəb seminarları”

BŞTİ tərəfindən “Məktəb seminarları”nda məktəb rəhbərliyi və metodkabinet rəhbərləri və fənn müəllimləri iştirak ediblər.

            Məktəbimizin rus dili və ədəbiyyati müəllimi Qruşenkova Yelena Aleksandrovna  müəllimi Moskva şəhərində keçirilən "Rus dili birləşdirir" adli tədbirdə ,“Rus dilinin şifahi   danişiq  lüğəti”nin 150 illiyinə  həsr olunmuş  seminarda, Moskva Dövlət Universitetinin Baki filialinda keçirilən “Mədəniyyətlərarasi dialoqda  təhsil” adli beynəlxalq  forumda iştirak etmişdir.

Məktəbin 6-8 sinif şagirdləri “Kod saatı” aksiyasında  iştirak ediblər.

“Uğur üçün tədris” layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi məktəbin ingilis dili müəllimləri iştirak ediblər və Beynəlxalq Aptist İmtahanlarında keçiblər.

Valideynlər təhsil müəssisələrində

Məktəbdə ötən tədris ilinin fevral və may aylarında  “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər keçirilib. Valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar.

“Kiçik Akademiya”ların fəaliyyəti gücləndirilir

Məktəbdə məktəbin biologiya müəllimi İradə Seyidovanın sədrliyi ilə  “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  keçirilən“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsində məktəbin 10-cu sinif şagirdi Quluzadə Nərgiz  məktəbi təmsil etmişdir.

Paytaxtda müsabiqə-konfrans

“Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” mövzusunda müsabiqə-konfransda məktəbimizi məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Hüseynova təmsil etmişdir.

Beynəlxalq Riyaziyyat Olimpiadasında ilk medal

Ölkəmizi VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) təmsil edən məktəbimizin 7-ci sinif şagirdi  Fidan Qarayeva ilkə imza atıb.

Belə ki, mötəbər bilik yarışında Fidan Qarayeva bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri Olimpiadada iştirak edən məktəbli qızların qazandığı ilk medaldır. Daha sonra şagirdimizlə Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da görüşmüşdür.

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının  final mərhələsində isə Bakı şəhəri üzrə 1 577 məktəbli iştirak edib. Olimpiadanın final mərhələsinin nəticələrinə əsasən,məktəbimizin 6 E sinif şagirdi Məmmədova Günel Hamlet qızı  I  yerə layiq görülüb. Final turunda fəal iştirakına görə  ___şagirdimiz sertifikata layiq görülüb. 

Eksternat imtahanlarında 1nəfər müvəffəq olub

Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında məktəbimizdən 1 nəfər iştirak edib. imtahanın nəticələrinə görə müvəffəq olub.

Paytaxtın ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri və İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib. Qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib.

İKT üzrə savadlı olan müəllimlərə mentorluq xidmətinin təşkili ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində paytaxtın 43 məktəbinin 410 nəfər müəllim və inzibati heyətinə 3 ay müddətində mentorluq dəstəyi göstərilib.

Məktəbəhazırlıq qruplarında məşğələləri aparacaq ibtidai sinif müəllimləri üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər keçirilib. Təlimlərdə iştirak edən 875 ibtidai sinif müəllimi üçün yekun qiymətləndirmə keçirilib və onlara ixtisasartırma setifikatları təqdim olunub.

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 360 nəfər kitabxana işçisi üçün “Kitabxana işinin təşkili və idarə olunması” və “Kitabxana işinin təşkili zamanı İKT-dən istifadə üsulları və proqram təminatı” sahəsi üzrə təkmilləşdirmə təlimləri keçirilib.

Ümummilli liderin 96 illik yubileyinə həsr olunmuş tədbirlər

Paytaxtdakı 295 nömrəli tam orta məktəbdə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə müəllim və şagirdlərimiz fəal iştirak ediblər.

Paytaxt məktəblərində “Nəsimi ili”nə həsr olunmuş tədbirlər

Məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Hüseynovanın təşkilatçılığı ilə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib. Məktəb kitabxanasında İmadəddin Nəsiminin əsərləri əsasında müzakirələr aparılıb.

İdman sahəsində nəticələrimiz

2018-2019-cu tədris ilində şagirdlərimiz idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Onlar müxtəlif idman növləri  üzrə beynəlxalq və respublika yarışlarında müxtəlif nailiyyətlər əldə ediblər:

Məktəbimizin  6 B  sinif  şagirdi  Qədimov  Amin  04 iyun tarixində  “1  İyun –Uşaqların Beynəlxalq  Müdafiəsi  Günü”nə  həsr  olunmuş   IV dərəcə  uğrunda  şahmat  üzrə  təsnifat   turnirində   II  yer,

            Ümummilli liderHeydər  Əliyevin xatirəsinə həsr olunmuş boks  üzrə birincilikdə məktəbin 10 Ç sinif şagirdi  Cavid Qurbanov 75 kq  çəki dərəcəsində  birinci yer

    3 B sinif şagirdi Əmirmətova Zülfiyyə Vadim  qızı “Sərhədçi” birinciliyində akrobatika gimnastikası üzrə ikinci yer

10 A sinif şagirdi Quluzadə Novruz müxtəlif yarışlardan birinciliklə qayıdaraq fəxrimizə çevrilib. O,iştirak etdiyi İrigumi-cyugo,Groppling NO-Gİ,Qocyu-ryu,Kempo,Kobudoidman növləri üzrə, WKF qaydaları ilə  bağlı yarışların respublika birinciliklərində daim fəxri kürsünün ön pilləsində yer tutub

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Xətai Rayon Gənclər və İdman idarəsi tərəfindən Rayon məktəbliləri arasında keçirilən "Stolüstü tennis" idman növü üzrə turnirdə məktəbimizin komandası II yerə layiq görülmüşdür.  

Məktəbimizin 6Ç sinif şagirdi Nəsibli Ayan Azər qızı Taekvondo idman növü üzrə "İlk liqa kuboku" döyüşlərində 2-ci yerə, klublararası 1-ci yerə, Mahaçqala şəhərində keçirilən 5-ci ümumrusiya turnirində 3-cü yerə və 31 mart Azərbaycanlıların soyqrımının qurbanlarının 100-cü il dönümünə həsr olunmuş yarışda isə 1-ci yerə layiq görülmüşdür.

Məktəbimizin 5 B sinif şagirdi Məmmədov Elmir Zamin oğlu CÜDO idman növü üzrə 26 kq çəki dərəcəsində dəfələrlə müxtəlif yarışların qalibi olmuşdur..

Məktəbimizin 7B sinif şagirdi Quliyeva Pərvin Anar qızı II Beynəlxalq Taekvando üzrə keçirilən turnirdə 51-55 kg çəki dərəcəsində ikinci yer

Məktəbimizin 5-ci sinif şagirdi Ağayev Ömər Cavanşir oğlu 20 oktyabr 2018-ci il tarixində Bakı şəhərində keçirilən IV Avroasiya çempionatında Ciu-citsu idman növü üzrə 1-ci yerə layiq görüldüyünə görə Bakı şəhər Gənclər və İdman Baş idarəsinin Fəxri diplomuna layiq görülmüş, dəfələrlə müxtəlif kuboklara layiq görülmüşdür.

Məktəbimizin 8B sinif şagirdi Yusifov Cavad Elxan oğlu Bakı şəhəri üzrə 30 sentyabr 2018-ci il tarixində 55 kg çəki dərəcəsində karate idman növü üzrə keçirilmiş yarışda 1-ci yeri tutmuşdur.

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Məktəbimizdə  ölkə Prezidentinin sərəncamlarına əsasən yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

            Musiqi sahəsi üzrə

Məktəbimizin 11 B sinif şagirdi Məmmədova Səriyyə Akif qızı 3-10 dekabr 2018-ci il tarixlərində keçirilən “Akademik, xalq və caz musiqisi“ respublika festivalında laureat adıını qazanlb

Məktəbin 9 A sinif şagirdi Hüseynli Şamil Telman oğlu müxtəlif tədbirlərdən diplom və mükafatlarla qayıtmışdır.

 Məktəbimizin 5C sinif şagirdi Nağızadə Tuncay Rəfayel oğlu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən bir sıra yarış və müsabiqələrin qalibi olmuş, fəxri fərmanlara layiq görülmüşdür. O "Ən yaxşı milli rəqs" nominasiyasında fəxri yerləri qazanmışdır.

 “Oxu günü” tədbiri keçirilib

19-20  aprel 2018-ci il tarixində  məktəbimizdə “Oxu həftəsi” keçirildi.Şagirdlərə mütaliə vərdişlərinin aşılanması məqsədilə məktəb kitabxanasında  “Dəyirmi masa”lar, müxtəlif əsərlərin müzakirələri, kitab sərgiləri  təşkil edilib.

 

Ağacəkmə aksiyaları

Məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyası çərçivəsində  məktəbin ərazisində çoxsaylı ağaclar əkilib.

 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi 

Şagirdlərimiz 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər

 “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər

Məktəbimizin şagirdləri 221 nömrəli məktəbdə təşkil olunan “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərdə iştirak ediblər.  

 

“Məktəblilər üçün muzey həftəsi”

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində şagirdlərimizin  müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilib.Ekskursiyaların təşkilində ibtidai sinif müəllimləri fəal iştirak ediblər.

Məktəbdə  maarifləndirici təlimlər

Məktəbdə şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış qaydaları, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlər keçirilib.

 Bayrağımızı ölkədən kənarda dalğalandıran şagirdimiz

 Məktəbimizin 10Ç sinif şagirdi Fərid Rəcəbov 6-7 may tarixində Brüsseldə keçirilən “Avropa Pul Viktorinası”nda  iştirak edib.

30-dan çox ölkə nümayəndələrinin iştirak etdiyi viktorinanın nəticələrinə əsasən ölkə təmsilçilərimiz 4-cü yeri qazanıblar.Qeyd edək ki, bu yarışın respublika mərhələsində Fərid Rəcəbov birincilik qazanmışdı.

 Şagirdləvətənpərvərlik ruhunda tərbiyə edilib

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan  tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə  müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Həmçinin şagirdlərin  Şəhidlər Xiyabanına və “Ana  fəryadı” abidəsinə ziyarətləri təşkil edilib.

Eyni zamanda, məktəbdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mühazirə və seminarlar təşkil olunub.

Şagirdlər arasında “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsi keçirilib.

Birgə fəaliyyət müqaviləsi imzalanıb

Məktəbin maddi-texniki bazasından dərsdənkənar və şagirdlərin istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəbdə müxtəlif idman növləri, şahmat, rəsm və digər kurslar təşkil edilib. 

İctimaiyyətlə əlaqələr genişləndirilir

Məktəbin həyatında baş ve­rən yeniliklər və məktəbin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2018-2019-cu tədris ilində də müvafiq qaydada yerinə yetirilib.Belə ki, bütün məlumatlar və yeniliklər operativ şəkildə məktəb saytında işıqlandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi