Tədris ilinin son zəngi

   Tədbir 14.06.2019-cu il tarixində saat 10:00- da başlandı. Tədbirdə qonaq qismində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat  rəhbəri Muxtar Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin başçı əvəzi Rafiq Quliyev və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Pənah İmanov və BŞTİ-nin əməkdaşı Rövşən Əliyev, məktəbimizin adını daşıdığı Ə.Abbasovun, eləcə də övladları məktəbimizdə təhsil alan Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Ağayev Rusifin ailə üzvləri iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Aparıcılar tədbir iştirakçılarını təbrik etdilər. Sonra söz məktəbin direktoru Q.Ş.Qaratova verildi. Məktəbin direktoru mərasimi açıq elan edərək, məzunlara gələcək həyatlarında uğurlar dilədi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib. O,məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq, ölkənin gələcək inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal şəkildə təmsil olunacaqlarına əminliyini ifadə edib.  

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçı əvəzi Rafiq Quliyev dövlətimizin təhsilə verdiyi qiymət, məktəblərin əsaslı təmirinə ayrılan xüsusi diqqət, məktəbimizin öz uğurları ilə Xətai rayon məktəbləri arasında seçilməsi və bu il məktəbimizin əsasının qoyulmasının 45 illiyi barədə nitq söylədi. Məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladı və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdi.

Yenidən söz məzunlara verildi. Şagirdləri təbrik edən müəllimlər onlara hər zaman sevincli günlər arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi