Gələcək naminə uşaqları qoruyaq

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Gələcəyimiz olan uşaqları qorumaq, onları dövlətimiz və cəmiyyətimiz üçün dəyərli şəxsiyyət olaraq yetişdirmək hər birimizin borcudur.

Bu əlamətdar gün nəinki uşaqların ən çox sevdiyi gün, eyni zamanda böyüklərə də uşaqların daim onların qayğısına ehtiyacları olduğunu və uşaqlar üçün məsuliyyət daşıdıqlarını xatırladan bir gündür. Belə bir gündə  məktəbimizin rəssam müəllimi Sevinc Kərimova uşaqların  sevincinə sevinc qatdı. Məktəbin rəsm dərnəyinin üzvləri olan şagirdlərlə birgə canlı təbiət qoynunda məşğələlərini davam etdirdi.

            Sevinc müəllimənin və şagirdlərinin uğuru təkcə bununla bitmir. Belə ki, onlar 1 İyun Uşaqların Beynəlxalq  Müdafiəsi  Gününə  həsr olunmuş  “Gələcək  naminə uşaqları qoruyaq ”  adlı sərgi-tədbirdə fəal iştiraklarına görə  Diplomlarla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi