Valideynlərimiz bizimlə birgə

    “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 30 may tarixində məktəbin bütün  sinif paralelləri üzrə  şagirdlərinin valideynləri məktəbimizə təşrif buyurdular

    Valideynlər ilk öncə tədbirin rəsmi açılışında iştirak etdikdən sonra məktəblə əyani tanış oldular. Onlar məktəb mühiti ilə tanış etdirilmiş, məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilmişdir. Daha sonra valideynlərin dərslərdə iştirakı ilə dərs müşahidələri davam etdirildi. Məktəb rəhbərliyi dərs müşahidələrindən sonra valideynlərlə bir daha görüşdü.

    Görüş zamanı valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilmişdir və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır. Tədbirə bədii hissə ilə yekun vuruldu. Bədii hissəyə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər qonaqları-doğma valideynlərimizi salamlayaraq məktəbimizin qazandığı nailiyyətlərlə tanış etdirdilər. Musiqili fasilələrlə davam edən tədbirdə onlar məktəbin korpusunun açılışı və açılışda möhtərəm prezidentimizin iştirakı, dövlətimizin məktəblillər üçün yaratdığı şərait haqqında geniş məlumat verdilər. Məktəbimizi qızıl medalla bitirən, ölkə hüdudlarından kənarda onun adını ucaldan məzunlarımız haqda məlumat verildi.

    Tədbirdə şagirdlərimiz şeirlər söylədilər, mahnılar ifa etdilər müxtəlif rəqslər nümayiş etdirdilər. Şagirdlərimizin bacarıq nümayişi bununla bitmir. Tədbirin gedişi zamanı onlar məktəbimizin təsviri incəsənət müəllimi-rəssam Sevinc Kərimovanın və tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimovanın rəhbərliyi ilə öz rəng dünyalarının qapılarını tədbir iştirakçılarının üzünə açdılar.

    Sonda məktəb rəhbərliyi və tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi