Yaşa, Azərbaycanım!

27 may 2019-cu il tarixində məktəbimizin akt zalında məktəbin 1 Ç və 4 D sinif şagirdləri Respublika Günü ilə əlaqədar “Yaşa, Azərbaycanım !” adlı tədbir keçirdilər.
Tədbiri təşkil edən ibtidai sinif müəllimləri İlhamə Həsənova və Arzu Sadıqovanın şagirdlərə bu günün tarixi əhəmiyyəti barədə çatdırdıqları dolğun məlumat, onlarda aşıladıqları vətənpərvərlik hisləri tədbirin əlamətdar cəhətlərindən biri idi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbir şagirdlərin tarixi gün haqqında məlumatları , ifa etdikləri şeir və mahnılarla davam etdi.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə tariximizə hörmət, vətənpərvərlik və mübarizlik hissinin aşılanması olmuşdur. Ölkəmizin Dövlətçilik tarixində Azərbaycan Demokratik Respublikasının tarixi ilə əldə etdiyi uğurlar tədbirdə səsləndirilmiş və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycanın suverenliyi qorunub saxlanılmış, davamlı inkişafı təmin edildiyi vurğulanmışdır