Əbədiyyət üfüqünün günəşi

Böyük  Azərbaycan şairi  İmadəddin Nəsiminin  şərəfli adı Yaxın Şərqdə  mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı  əsrdən  artıqdır ki,   məsləyi uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü onu  əbədiyyət üfüqünün günəşinə çevirdi.

 

            Azərbaycan Respublikasının  Prezidenti   İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”  elan olunması hər bir azərbaycanlıda  iftixar  hissi yaratdı.  İnanırıq ki, “Nəsimi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər bu böyük şairin yaradıcılığının  öyrənilməsində  dönüş yaratmaqla  yanaşı, yeni  nəsimişünaslar nəslinin  yetişməsinə səbəb olacaq.

 

Bu fikirlər  məktəbimizdə  İ.Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tədbirdə səslənib.

 

Tədbirdə məktəbin ədəbiyyat müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Hüseynovanın təşkilatçılığı ilə baş tutan tədbirdə 10 A  sinfinin şagirdləri   ilə yanaşı   6 Ç , 7 Ç, 7 C ,7 D və 11 C sinifinin şagirdləri də fəal iştirak etdilər.  

 

Nəsiminin  həyat yolu və yaradıcılığına aid çıxış edən tədbir iştirakçıları   şair haqqında elm aləminə indi məlum olan yeni məlumatları çatdırıblar.Tədbir boyunca məktəbin şagirdləri Nəsiminin  şeirlərini ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi