Türk dünyası inciləri nəsillərdən- nəsillərə
18.05.2019-cu il tarixində Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyə səfirliyinin dəstəyi ilə “Nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib. Tədbir – sərgi Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə açılıb
Sərgi-tədbir 19 may "Gənclik və İdman Bayramı"na həsr olunmuşdur. 19 May 100 il əvvəl Mustafa Kamal Atatürk qurtuluş müharibəsini başlayıb, məhz bu mücadilədə Türkiyə xarici qüvvələrdən azad olur. Türkiyə üçün qurtuluş günü olan bu gündə Mustafa Kamal Atatürk Samsuna çatır ,məhz bu gün müstəqillik mübarizəsinin başladığı gündür. Mustafa Kamal Atatürkün istəyi ilə bu bayram eyni zamanda İdman bayramı kimi qeyd edilir. Bu fikirləri səsləndirən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 19 may Türkiyə Respublikası üçün önəmli gün olduğunu vurğulayıb. Rəsmi hissədən sonra müxtəlif səfirlik nümayəndələri, tədbirin fəxrli və rəsmi qonaqları sərgi ilə tanış olublar.
Sərgidə Türkiyənin tarixini əks etdirən bir sıra rəsm əsərləri nümayış etdirilib. Bu günki sərgidəki əsərlər məktəblilərin, yeniyetmə və gənclərin çəkdikləri rəsm əsərləri nümayış olundu. Müəllimimiz Sevinc Kərimova da bu tədbirin iştirakçıları sırasında idi. Sonda iştirakçılar Türkiyənin Azərbaycandakı səfirliyinin Fəxri Fərmanları və Diplomları ilə təltif olundular.