Brüsseldə ölkəmizi təmsil edən şagirdimiz

Məktəbimizin 10Ç sinif şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəb-liseyin VII sinif şagirdi Pərviz Fərzəliyev 6-7 may tarixində Brüsseldə keçirilən “Avropa Pul Viktorinası”nda  iştirak etdilər.

Qeyd edək ki, “Avropa Pul Viktorinası” məktəblilərin maliyyə savadlılığının artırılması məqsədilə keçirilir. Viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar verilir.

30-dan çox ölkə nümayəndələrinin iştirak etdiyi viktorinanın nəticələrinə əsasən ölkə təmsilçilərimiz 4-cü yeri qazanıblar.

Onu da bildirək ki, viktorinanın milli mərhələsi Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı keçirilib. Gənclərə yaradılan bu imkanlara görə bütün təşkilatçılara öz təşəkkürünü bildirən Fərid Rəcəbovdan növbəti yarışlarda birincilik gözləyir, şagirdimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi