Əsrarəngiz musiqinin sehrində

    10 may 2019-cu il tarixində məktəbin musiqi müəllimi Könül Orucovanın  təşkilatçılığı ilə məktəb şagirdləri dahi dirijor və bəstəkar Niyazinin ev muzeyinə ekskursiya etdilər.

    Burada onlar dahi sənətkarın həyat və fəaliyyəti haqqında geniş məlumat əldə etdilər. Bu ekskursiya onların həm nəzəri biliklərinin artmasında, həm də estetik zövqlərinin formalaşmasında müsbət rol oynadı. Ev muzeyi ilə tanışlıq zamanı əsrarəngiz sənətkarın pianosunda məktəbimizn 7E sinif şagirdi Yeganə İsayeva etüdlər ifa etdi.

    Şagirdlərimiz bu ekskursiyadan xoş təəssüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi