Xalqın qürur mənbəyi
Məktəbimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Belə ki, 10 may tarixində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, həmin gün təşkil olunan sinif təşkilat saatlarında dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılmışdır. Qeyd olunub ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır. “Dəyirmi masa”larda şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Elə həmin gün məktəbin akt zalında məktəbin dərnək rəhbəri Səbinə Mahmudovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş tədbir keçirdi. Aparıcı tədbiri açıq elan etdikdən sonra şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni oxundu.Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər ümummilli liderin həyatı haqqında məlumat verdilər. Şagirdlər dahi şəxsiyyətə həsr olunmuş şeirləri və mahnıları səsləndirdilər. Azərbaycanın qurucusu olan əsrarəngiz insanın fəaliyyətinə, doğma vətəni üçün gördüyü işlərə həsr olunmuş videorolik nümayiş olundu. Bundan başqa tədbirdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib