Gün o gün olsunki…
Məktəbdə də İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Beləki, Qələbə Gününə həsr olunan ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda sinif təşkilat saatları təşkil edilib.
Keçirilən tədbirlərdən biri də İbtidai sinif müəllimi Səadət Quliyevanın 4 A sinfi ilə birgə 07 may tarixində məktəbin akt zalında keçirdiyi “Qələbə Günü” adlı tədbir oldu.
Vətən uğrunda canlarını qurban vermiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu şagirdlərin diqqətinə çatdırılıb, həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib.
Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müharibə veteranlarının social vəziyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.
Tədbirlərdə çıxış edənlər işğal altında olan torpaqlarımızın dövlət başçısının rəhbərliyi ilə azad olunacağına və qələbə bayramının Qarabağımızın bütün bölgələrində qeyd ediləcəyinə inandıqlarını bildiriblər.
Şagirdlər Böyük Vətən Müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.