Lütfi Zadə adına IV Məntiq Olimpiadası
4 may 2019-cu il tarixində məktəbin Azərbaycan və rus bölməsi üzrə V-VI sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın məktəbdaxili mərhələsi keçirildi. Olimpiada saat 9 00 –da başlandı və 10 30 –da yekunlaşdı. Şagirdlərə 25 sualdan ibarət test kitabçası təqdim olundu. İnanırıq ki, olimpiadada iştirak edən 126 şagirdimizin böyük əksəriyyəti yüksək məntiqi təfəkkür nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazanacaqlar.