Düzgün qidalanma və gün rejimi
Həyat bilgisi fənnini şagirdlərə daha yaxşı sevdirmək, bugünkü dövrümüz üçün lazım olan həyati biliklərin əldə edilməsinə nail olmaq qarşımızda duran əsas tələblərdən biridir.
Şagirdlərdə həyat bilgisi fənninə marağı artırmaq, eləcədə bu fənnin tədris keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məktəbimizdə aprel ayı “Həyat bilgisi aylığı” elan olunmuşdur.
Məktəbimizdə “Həyat bilgisi aylığı” ilə əlaqədar tədbirlər planı işlənib hazırlanmış və planda həyat bilgisi fənni ilə bağlı bir çox məsələlər öz əksini tapmışdır. Beləki, aylıq çərçivəsində tədbirlərin təşkili ilə əlaqədar işçi qrup yaradılmış, hazırlanmış plan əsasında tədbirlər həyata keçirilmişdir. Bütün paralellər üzrə fənnin tədrisinin monitorinqi aparılmış, dərs dinləmələr həyata keçirilmiş, yaranmış problemlər və qarşıya qoyulmuş məqsədlərlə bağlı fənn metodbirləşməsinin iclasları keçirilmişdir
Eyni zamanda fənn aylığının yekunu olaraq 03 may 2019-cu il tarixində məktəbin biologiya müəllimləri Marifə Şəkərova, İradə Seyidova və Kəmalə Quliyevanın təşkilatçılığı və 6 A , 6 Ç və 5 A siniflərinin aktiv iştirakı ilə “Düzgün qidalanma və gün rejimi” adlı tədbir baş tutdu.
Tədbirdə şagirdlər kiçik səhnəciklər, şeirlər, mahnılar vasitəsilə bu fənnə olan sevgilərini izhar etdilər. Şagirdlərin ifasında təqdim olunan səhnəciklər isə tədbirə xüsusi rəng qatdı