Layihə nümayəndələri ilə görüş

    Məktəbimizdə 10-cu sinif şagirdləri ilə "Gələcəyini Qur" Gəncliyə Dəstək layihəsinin müəllimlərinin görüşü keçirildi. "Gələcəyini Qur" layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. 

    02 may tarixində baş tutan bu görüşdə layihənin nümayəndələri Sübhan Rəsulzadə və İlahə Eyvazlı şagirdləri layihə barəsində ətraflı məlumatlandırdıqdan sonra onlara keçirilən imtahanda iştirak etmələri üçün qeydiyyat vərəqləri payladılar. Layihə şagirdlərin böyük marağına səbəb oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi