Milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması

Şagirdlərdə milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması sahəsində fəaliyyətlərə məktəbimizdə xüsusi diqqət yetirilir. Bu istiqamətdə olan hədəflərdən biri də uşaq və yeniyetmələrdə  milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanmasıdır. Bu məqsədlə onlarda vətənimizin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri haqqında informasiyanın formalaşdırılmasını ümdə məsələlərdən biri hesab edərək onların ədəbi-mədəni abidələrimizə ekskursiyaları təşkil olunur. Belə ekskursiyalardan biri də yaxın günlərdə təşkil olundu.

İbtidai sinif müəllimi Qocayeva  Pərvanə Fərrux qızı 4 Ə sinfi ilə Daş Salnamə Muzeyinə, Azərbaycan Tarixi Muzeyinə  ekskursiya təşkil etmiş və onlar Şəhidlər xiyabanını ziyarət etmişlər. Ekskursiyadan zəngin təəssüratlarla qayıdan şagirdlər məktəbdə öyrəndiklərinə dair təqdimatlar hazırlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi