Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına dair dəyirmi masa

Məktəbimizdə daim uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması məqsədilə seminarlar, dəyirmi masalar keçirilir. Növbəti belə Dəyirmi masalardan biri də  məktəbin tarix müəllimi Məlikova Səbinə müəllimənin  7 Ç sinfi ilə keçirdiyi tədbir oldu.

Dəyirmi masanın mövzusu “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və Cənubi  Qafqazda lider dövlətə çevrilməsi” idi .

Dəyirmi masada iştirak edən şagirdlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi; ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən, təhsil sahəsində həyat keçiirlən quruculuq işləri ;Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyat keçirilməsi;ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi, o cümlədən, məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi barədə təqdimatlarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi