Şagirdlərimizin Heydər Əliyev Mərkəzində keçirilən “Oxu Günü”ndə iştirakı

Aprel ayının 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib.Tədbirdə  məktəbimizin müəllim və şagird kollektivi də iştirak edib.

Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb. 

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət Nazirliyinin, AMEA-nın, nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

Məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönələn  “Oxu Günü” “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilib.

Tədbirdə müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Həmçinin 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.  

Məktəblilərin təqdimatlarını maraqla izlənilib. 

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi