Ümummilli liderin kitablara sığmayan ömrü və fəaliyyəti

Bildiyimiz kimi, hər il  ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədilə  ümumtəhsil məktəblərinin 11-ci sinif  şagirdləri üçün  xüsusi  seminar- mühazirələr təşkil edilir. 15 aprel 2019-cu il tarixində məktəbimizin  11-ci sinif şagirdləri üçün Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə növbəti  seminar təşkil edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra seminar mühazirə 221 nömrəli tam orta məktəbin direktoru Fikrət Xəlilovun qonaqları salamlaması və bu mühazirələrin dərin ictimai əhəmiyyəti barədə məlumat verməsi ilə başlandı.Mühazirəçi 257 nömrəli tam orta məktəbin tarix müəllimi fəlsəfə elmləri doktoru Kərimli İlham Qnyaz oğlu, mühazirənin mövzusu isə  “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” olmuşdur. F.e.d. İlham Kərimli ümummilli  liderin hakimiyyətdə olduğu həm birinci, həm də ikinci dövrdə öz xalqı üçün,doğma vətəni yolundakı misilsiz xidmətləri  haqqında, onun hərtərəfli siyasəti, təhsilə verdiyi dəyər haqqında ətraflı məlumatlar verdi, maraqlı faktlar söylədi.

Çıxışının sonunda  İlham müəllim Ulu öndərin geniş aspektli, xalqın gələcək inkişafına yönəlmiş siyasətinin cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlətin əsas strateji istiqamətlərində biri kimi davam etdirildiyini, onların bu sahədəki misilsiz xidmətlərini, Heydər Əliyev Fondunun Azərbaycan xalqına verdiyi töhfələrini qeyd etdi.

Tədbir Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş slaydların nümayişi ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi