Fəallıqla keçən “Açıq dərs”

Məktəbimizdə biologiya fənn kabinetinin və biologiya müəllimlərinin fəallığı daim nəzərə çarpan olub. Belə ki, məhz bu fənn metodbirləşməsinin fəaliyyəti nəticəsində şagirdlərimiz olimpiadalarda və yarışlarda fərqlənirlər. Biologiya fənni üzrə qabaqcıl müəllimlərimizdən biri “Tərəqqi” medalına layiq görülmüş  biologiya fənn metodbirləşməsinin rəhbəri İradə müəllimənin 11  aprel tarixində məktəbin 8 A sinfində  biologiya fənni üzrə “Duyğu orqanları” mövzusunda keçdiyi açıq dərs şagirdlər üçün, eləcə də açıq dərsdə iştirak edən rəhbərlik və biologiya fənn metodbirləşməsinin üzvləri üçün maraqlı oldu.

Dərsdə mövzu üzrə layihələrin şagirdlər tərəfindən qruplar şəklində təqdimatı dərsin daha da canlı keçməsinə səbəb oldu. Şagirdlərin sərbəst şəkildə öz layihələrini səlis və dəqiq təqdim etməsi, sualları dərhal və düzgün cavablandırması, qiymətləndirmədə fəal iştirak etmələri diqqətçəkən məqamlardan biri idi.

            Müəllimin dərsin gedişini düzgün idarə etməsi, şagirdlərə ünvanlanan suallarının məqsədə yönəlməsi onun peşəkarlığının göstəricisi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi