Şagirdimiz ilk medalın sahibi kimi
Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirildi. Aprelin 7-dən başlayan olimpiada bu ayın 13-dək davam etdi.
36 ölkədən 196 şagirdin iştirak etdiyi elm yarışmasında Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri iştirak edirlər.
Azərbaycanı olimpiadada Zəhra Bayramlı, şagirdimiz Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil edirdilər. Mötəbər bilik yarışında məktəbimizin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazandı. Bu, 2016-cı ildən bəri Olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır.
Azərbaycan məktəbliləri dördüncü dəfədir ki, bu yarışmada iştirak edirlər.
İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici sertifikata layiq görülüb.