Fənn aylığı ilə bağlı “Açıq dərs”

Məktəbimizdə aprel ayı biologiya və həyat bilgisi fənləri aylığı olaraq elan edilib. Fənn aylığının keçirilməsi ilə bağlı fənn metodbirləşməsinin Fəaliyyət planı hazırlanmış və plana uyğun olaraq  “Açıq dərs”lərin dinlənilməsi təşkil olunmuşdur.

Belə dərslərdən biri də məktəbin 8 E sinfində fənnmüəllimi Marifə Şəkərovanın “Görmə orqanımız”  adlı dərsi oldu. Dərsdə electron təqdimatdan, video materiallardan və şəkillərdən istifadə olundu. Dərsdə xüsusi fəallıq göstərən şagirdlər gözün quruluşunu təsvir edir, təcrübələr aparır və nəticələrini izah edirdilər.  Onlar eyni zamanda gözün qorunması qaydaları haqqında məlumat da  verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi