Zəif nəticə göstərən şagirdlərlə iş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “Məktəb seminarların”da qeyd edildiyi kimi, IX siniflərdə keyfiyyətin artırılması məqsədilə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili nəzərdə tutulmuşdur. Bununla əlaqədar mart ayında məktəbin 9-cu siniflərində diaqnostik qiymətləndirmə imtahanı aparılmışdır.
İmtahanın nəticələrinə əsasən zəif nəticə göstərmiş IX sinif şagirdləri ilədaha səmərəli təlim fəaliyyəti aparmaq məqsədilə II yarımildə sistemli və ardıcıl, nəticəyönümlü fəaliyyət təkşil etmək üçün əlavə dərslərtəşkil olunmuşdur. Bunun üçün zəif təlim göstəricisi olan şagirdlər seçilərək müəyyən olunmuş, zəif olduqları fənn üzrə qruplaşdırılmiş, dərsdən sonra əlavə məşğələlər üçün cədvəl müəyyən edilmiş, daha hazırlıqlı fənn müəllimləri həftədə minimum 3 dəfə əlavə məşğələlərə cəlb edilmişdir.
Dərslərin daha səmərəli və nəticəyönümlü olması, konkret zəruri olan materiallar üzrə təlimi təşkil etmək üçün fənlər üzrə proqramlar və texniki tapşırıqlar müəllimlərə təqdim olunmuşdur.